Türkiyə Superliqası: “Beşiktaş” çətin qələbə qazanıb - YENİLƏNİB + VİDEO

31 Yanvar 2026 23:26
397
Türkiyə Superliqası: “Beşiktaş” çətin qələbə qazanıb

Türkiyə Superliqasının 20-ci turunda “Beşiktaş” “Konyaspor”u qəbul edib.

Oyunda hesabı 23-cü dəqiqədə qonaqların oyunçusu Deniz Türüc açıb. 34-cü dəqiqəd Vatslav Çernı hesabı bərabərləşdirib. 77-ci dəqiqədə Orkun Kökçü “Beşiktaş”ın qələbə topunu vurub – 2:1.

“Beşiktaş” 36 xalla 5-ci yerdədir. “Konyaspor” 19 xalla 13-cü yerdə qərarlaşıb.

Turun digər oyunlarında “İstanbul Başakşehir” “Rizespor”la heç-heçə edib – 2:2, “Göztepe” isə “Fatih Karagümrük”ə 2:1 hesabı ilə qalib gəlib.

18:30

Türkiyə Superliqasında 20-ci tur davam edir.

İdman.Biz bildirir ki, “Alanyaspor” “Eyüpspor”u qəbul edib.

Oyun 3:1 hesabı ilə qonaqların qələbəsiylə yekunlaşıb.

“Eyüpspor” bu qələbə ilə 18 xal toplayıb və 15-ci yerə yüksəlib.

“Alanyaspor” 22 xalla 10-cu yerdədir.

İdman.Biz