“Çelsi” Bosniya və Herseqovina və “Bayer”in cinah oyunçusu Kərim-Sam Alaybeqoviçi almaqda maraqlıdır.
İdman.Biz “Kicker”ə istinadən bildirir ki, London klubu 18 yaşlı cinah oyunçusu üçün 30 milyon avrodan çox pul ödəməyə hazırdır.
Mənbənin məlumatına görə, “Bayer” Alaybeqoviçi performans bonusları da daxil olmaqla ümumilikdə 40 milyon avroya satmağa hazırdır. “Göylər” hələlik oyunçunun nümayəndələri ilə şəxsi şərtləri barədə razılığa gəlməyib.
2025-ci ilin yayında Alaybeqoviç “Bayer”in gənclər komandasından “RB Zalsburq”a keçib. Lakin, 44 matçda 13 qol və dörd məhsuldar ötürmə ilə mövsüm keçirdikdən sonra Almaniya klubu hücumçunu 8 milyon avroya geri aldı. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.
2026-cı il dünya çempionatında Alaybeqoviç dörd oyun keçirib və bir qol vurub.
