Şotlandiyanın “Seltik” və İtaliyanın “Milan” komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun Şotlandiyanın Qlazqo şəhərindəki “Seltik Park” stadionunda baş tutub və 2:2 hesablı heç-heçə ilə bitib.
Oyunda hesabı yay transfer pəncərəsində “Qarabağ”dan “Seltik”ə keçmiş hücumçu Kamilo Duran oyunun 11-ci dəqiqədə açıb. Yarımmüdafiəçi Ceyms Forrest 27-ci dəqiqədə İtaliya komandasına qarşı ikinci qolu vurub. Bu dəfə Duran Forrestə məhsuldar ötürmə edib. “Milan”ın hücumçusu Françesko Kamarda 47-ci dəqiqədə penaltidən dəqiq zərbə endirərək hesab arasındakı fərqi azaldıb. Altı dəqiqə sonra Kamarda ikinci qolu vuraraq hesabı 2:2 edib.
Bu gönderiyi Instagram'da gör
