“Real Madrid”in hücumçusu Kilian Mbappe WhoScored tərəfindən Çempionlar Liqasının ümumilikdə ən yaxşı oyunçusu seçilib.
İdman.Biz-in xəbərinə görə, WhoScored Çempionlar Liqasının əsas mərhələsinin oyunçularından ibarət simvolik yığma komanda təşkil edib.
Komanda oyunçuların müvafiq mövqelərindəki orta reytinqlərinə əsasən tərtib edilib.
Heyətə aşağıdakılar daxildir:
– Qapıçı: Nikita Xaykin (“Bodo-Qlimt”, orta bal – 7.5);
– Müdafiəçilər: Kiran Trippye (“Nyukasl”, 7.39), Den Börn (“Nyukasl”, 7.32), Yoşko Qvardiol (“Mançester Siti”, 7.42), Alexandro Qrimaldo (“Bayer”, 7.56);
– Yarımmüdafiə: Lamin Yamal (“Barselona”, 8,01), Dominik Soboslai (“Liverpul”, 7,89), Vitinya (PSJ, 7,56), Maykl Olise (“Bavariya”, 7,9);
– Hücumçu: Harri Keyn (“Bavariya”, 7,98), Kilian Mbappe (“Real Madrid”, 8,83).
