Ürəktutması keçirmiş Luçeskunun vəziyyəti açıqlanıb

3 Aprel 2026 20:31
179
Ürəktutması keçirmiş Luçeskunun vəziyyəti açıqlanıb

Buxarest Universitetinin xəstəxanası tanınmış məşqçi Mirça Luçeskunun səhhəti ilə bağlı şərh verib.

Daha əvvəl Luçeskunun xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

“Xəstə hazırda ixtisaslaşmış ürək müalicəsi alır və heç bir yeni patoloji dəyişiklik aşkarlanmayıb. Xəstənin vəziyyəti stabildir, o, huşundadır və tibb işçiləri ilə əməkdaşlıq edir”, - deyə mlumatda bildirilir.

Məşqçi xəstəxanada olarkən ürəktutması keçirib. Həkimlər onu kəskin mərhələdə xilas ediblər, lakin o, reanimasiyaya yerləşdirilib.

İdman.Biz
Məqalədə: