Bruno Fernandeş altıncı dəfə Premyer Liqada ayın oyunçusu seçilib

3 Aprel 2026 18:59
193
Bruno Fernandeş altıncı dəfə Premyer Liqada ayın oyunçusu seçilib

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş Premyer Liqada mart ayının oyunçusu seçilib.

İdman.Biz bildirir ki, bu, portuqaliyalı yarımmüdafiəçinin bu mükafatı qazandığı altıncı dəfədir.

Yalnız “Mançester Siti”nin keçmiş hücumçusu Serxio Aquero, “Tottenhem”in keçmiş hücumçusu Harri Keyn və “Liverpul”un cinah oyunçusu Məhəmməd Salah Premyer Liqanın ayın oyunçusu mükafatını daha çox qazanıblar. Onların hər biri bunu yeddi dəfə ediblər.

Bruno Fernandeş 2020-ci ildən “qırmızı şeytanlar”da çıxış edir. Bu müddət ərzində o, klubun heyətində bütün yarışlarda 320 oyuna çıxıb, 106 qol vurub və 103 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

İdman.Biz