Fransa futbol millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe "The Bridge" şousunda qonaq olarkən keçmiş komanda yoldaşı Lionel Messi haqqında maraqlı fikirlər səsləndirib.
İdman.Biz xəbər verir ki, hücumçu Messinin məşqlərdəki ustalığından heyrətləndiyini gizlətməyib.
Mbappe PSJ-də birlikdə keçirdikləri günlərdən bir xatirəni bölüşərək, Messinin digər ulduzlardan niyə fərqləndiyini izah edib:
“Messi... bu, artıq ağlasığmazdır. O, hər şeyi düzgün edir. Sizə bir hadisə danışım. Parisdə məşqi bitirirdik. Mən və Neymar dünya futbolunun zirvəsində idik. Leo gəldi və zərbələr üzərində işləməyə başladıq. Mən və Ney 10 zərbədən altısını və ya yeddisini qol vurduq. Messi isə doqquz zərbə vurdu və doqquz dəfə də eyni qolu vurdu”.
Mbappe argentinalı ulduzun yorğun olmasına baxmayaraq göstərdiyi dəqiqliyə heyran qaldığını bildirib:
“Məşqin sonu idi, o bir az yorğun görünürdü. Sanki qapıya zərbə vurmurdu, sadəcə topu tora ötürürdü. Mən qapıçıya baxıb dedim: “Sən başa düşmədin o nə edir? Bu, artıq həddindən artıqdır”.
