La Liqanın 30-cu turunun bir oyunu keçirilib.
İdman.Biz bildirir ki, “Rayo Valyekano” “Elçe”ni qəbul edib.
Matç 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.
Yeganə qolu 74-cü dəqiqədə Randi Ntekya vurub.
Bu qələbədən sonra “Rayo Valyekano”nun 35 xalı var və 12-ci yerdədir. “Elçe” 29 xalla 17-cidir.
