Liqa 1: “Lans” məğlub olaraq birinci yerə yüksələ bilməyib - YENİLƏNİB

Xəbərlər
25 Yanvar 2026 02:16
36
Liqa 1: “Lans” məğlub olaraq birinci yerə yüksələ bilməyib

Fransa Liqa 1-in 19-cu turunun “Marsel” və “Lans” komandaları arasında keçirilən oyun yekunlaşıb.

İdman.Biz xəbər verir ki, “Stade Orange Velodrome” (Marsel) stadionunda keçirilən matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə qurtarıb.

“Marsel”in hücumçusu Amin Quiri hesabı üçüncü dəqiqədə açıb. Yarımmüdafiəçi İtan Nvaneri 13-cü dəqiqədə ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. Quiri 75-ci dəqiqədə ikinci qolunu vurub, 10 dəqiqə sonra isə qonaq hücumçu Rayan Fofana bir cavab qolu vuraraq yekun hesabı təsdiqləyib.

Fransa liqasında 19 oyundan sonra “Lans” 43 xala malikdir və turnir cədvəlində ikinci yerdədir. “Marsel”in 38 xalı var və üçüncü yerdədir.

00:27

Fransa Liqa 1-in 19-cu turunun “Havr” və “Monako” komandaları arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Stade Ocean” stadionunda (Havr) qarşılaşıblar.

Oyun 0:0 hesablı heç-heçə ilə bitib.

Fransa liqasında 19 oyundan sonra “Havr” 20 xalla 13-cü yerdədir. “Monako” 24 xalla 10-cu yerdə qərarlaşıb.

“Monako” 31 yanvarda evdə “Renn” ilə qarşılaşacaq, “Havr” isə bir gün əvvəl səfərdə “Lans”la oynayacaq.

Turun digər oyununda “Renn” və “Loryan” üz-üzə gəliblər. Qarşılaşma 2:0 hesabı ilə “Loryan”ın xeyrinə qurtarıb.

İdman.Biz
Məqalədə: