Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandasının hücumçusu Kriştianu Ronaldu “Instaqram”da bir reklam paylaşımından ən çox qazanan idmançı kimi göstərilir.
İdman.Biz xəbər verir ki, “LiveScore”un yaydığı son hesablamaya əsasən, portuqaliyalı ulduzun bir sponsorlu paylaşımının dəyəri təxminən 3,2 milyon dollardır (5,44 milyon AZN).
ABŞ-nin “İnter Mayami” futbol komandasının hücumçusu Lionel Messinin bir reklam paylaşımı isə 2,7 milyon dollar (4,59 milyon AZN) qiymətləndirilir.
Siyahıda üçüncü yeri hindistanlı kriketçi Virat Kohli 1,46 milyon dollarla tutur. Neymarın bir sponsorlu paylaşımı 1,21 milyon, basketbolçu Lebron Ceymsin isə 866 min dollar qiymətləndirilir.
Qeyd edək ki, bunlar futbolçuların açıqladığı rəsmi reklam tarifləri deyil, sosial şəbəkələrdəki auditoriya və kommersiya göstəriciləri əsasında hesablanan təxmini məbləğlərdir.
