Donnarumma “Mançester Siti”nin Qvardioladan sonrakı dövründən danışdı

16 Sentyabr 2026 18:41
72
Donnarumma “Mançester Siti”nin Qvardioladan sonrakı dövründən danışdı

“Mançester Siti”nin futbolçusu Canluici Donnarumma baş məşqçi Pep Qvardiolanın klubdan ayrılmasından sonrakı dövr barədə danışıb.

İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, italiyalı qapıçı “keçid dövrü” ifadəsini xoşlamadığını deyib.

“Mənə “keçid dövrü” ifadəsi o qədər də xoş gəlmir. Klubun məqsədi qələbə qazanmaqdır. Bu komandanın məqsədi qələbə qazanmaqdır. Biz, əlbəttə ki, bu məqsədə nail olmaq üçün əlimizdən gələni edəcəyik.

Mövsümü kuboklarla başa vura bilərik, yaxud da heç nə qazana bilmərik. Lakin əsas məsələ qaliblər mentalitetidir: meydana çıxmaq və əlimizə keçən hər şeyi qazanmağa çalışmaq”, – deyə Donnarumma bildirib.

Qeyd edək ki, ispaniyalı mütəxəssis 10 illik baş məşqçi işlədikdən sonra komandanı tərk edib. Onu italiyalı Enzo Mareska əvəzləyib.

İdman.Biz