İtaliyanın “Bolonya” futbol komandası baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Bolonya” 2028-ci il iyunun 30-dək müqaviləsi olan mütəxəssisin fəaliyyətinə vaxtından əvvəl son verib. Klub Tedesko və onun məşqçilər korpusuna peşəkarlıq və gördükləri işə görə təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Komandanın yeni baş məşqçisi Raffaele Palladino olub. 42 yaşlı italiyalı mütəxəssislə 2029-cu il iyunun 30-dək müqavilə imzalanıb. Palladino bu gün “Bolonya”nın başında ilk məşqini keçirəcək.
Tedesko “Bolonya”ya bu ilin iyununda təyin olunub. Onun rəhbərliyi altında komanda A Seriyasında keçirdiyi ilk dörd oyunda cəmi bir xal toplayıb. “Bolonya” bu görüşlərdə bir heç-heçə edib və üç dəfə məğlub olub.
Qeyd edək ki, “Bolonya” hazırda dörd turdan sonra bir xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
