ESPN Kazemironun “Mançester Yunayted”dən ayrılmasının səbəblərini açıqlayıb

Xəbərlər
23 Yanvar 2026 23:19
32
ESPN Kazemironun “Mançester Yunayted”dən ayrılmasının səbəblərini açıqlayıb

“Mançester Yunayted” və 33 yaşlı yarımmüdafiəçi Kazemiro arasındakı tərəfdaşlığa son qoymaq qərarı qarşılıqlı olub.

Bu barədə İdman.Biz ESPN-ə istinadən məlumat verib.

Mənbənin məlumatına görə, rəhbərliyin yeni fəlsəfəsinə uyğun olaraq, klub Kazemiroda olduğu kimi yüksək maaşlı yaşlı oyunçular istəmir. Yarımmüdafiəçinin özü də “qırmızı şeytanlar”dakı vaxtının bitdiyinə qərar verib.

22 yanvar tarixində “Mançester Yunayted” yarımmüdafiəçinin mövsümün sonunda ayrıldığını elan edib.

Oyunçu 2022-ci ildə “Real Madrid”dən “Mançester Yunayted”ə keçib. Bu müddət ərzində 33 yaşlı yarımmüdafiəçi bütün yarışlarda 146 oyunda meydana çıxıb, 21 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, Kazemironun bazar dəyəri 8 milyon avrodur.

İdman.Biz