Vinisius Çempionlar Liqasında həftənin oyunçusu seçilib

Xəbərlər
22 Yanvar 2026 20:34
31
Vinisius Çempionlar Liqasında həftənin oyunçusu seçilib

UEFA-nın mətbuat xidməti rəsmi saytında “Real Madrid”in cinah oyunçusu Vinisius Juniorun Çempionlar Liqasında həftənin oyunçusu seçildiyini açıqlayıb.

Braziliyalı qanad oyunçusu “Monako” üzərində 6:1 hesablı qələbə qazanılan oyunda bir qol vurub və üç məhsuldar ötürmə edib.

Səsvermədə Vinisius “Atalanta” üzərində 3:2 hesablı qələbədə bir qol vuran və iki məhsuldar ötürmə edən “Atletik Bilbao”nun yarımmüdafiəçisi Robert Navarronu, “Slaviya Praqa” üzərində 4:2 hesablı qələbədə iki qol vuran “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesi və PSJ üzərində 2:1 hesablı qələbədə iki qol vuran “Sportinq”in hücumçusu Luis Suaresi geridə qoyub.

Ümumilikdə, Vinisius bu mövsüm Çempionlar Liqasında yeddi oyunda bir qol vurub və beş məhsuldar ötürmə edib.

İdman.Biz