Almaniya Bundesliqasının 18-ci turunun “Borussiya Dortmund” və “Sankt-Pauli” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, oyun eyniadlı şəhərdəki Dortmund stadionunda baş tutub.
Meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.
Ev sahibi komandanın yarımmüdafiəçisi Yulian Brandt 45+1-ci dəqiqədə hesabı açıb. 54-cü dəqiqədə hücumçu Kərim Adeyemi “Borussiya”nın üstünlüyünü ikiqat artırıb. Səkkiz dəqiqə sonra yarımmüdafiəçi Ceyms Sends fərqi azaldıb, 73-cü dəqiqədə hücumçu Riki-Ceyd Cons isə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Emre Can penaltidən qol vuraraq ev sahibi komandanın qələbəsini təmin edib.
Turun digər oyununda “Hoffenhaym” minimal hesabla “Bayer Leverkuzen”ə qalib gəlib.
Bu qələbə ilə “Hoffenhaym” turnir cədvəlində üçüncü yerə çıxıb.
“Volfsburq” isə öz meydançasında “Haydenhaym”ın müqavimətini qıra bilməyib – 1:1.
“Köln” gərgin keçən qarşılaşmada “Mayns”ı üstələyib – 2:1.
“Hamburq” – “Borussiya Mönhenqladbax” oyununda isə hesab açılmayıb – 0:0.
