Seriya A: “Milan” və “Yuventus” matçında sükut pozulmadı - YENİLƏNİB

27 Aprel 2026 00:56
1 331
Seriya A: “Milan” və “Yuventus” matçında sükut pozulmadı - YENİLƏNİB

İtaliya A Seriyasının 34-cü turunun mərkəzi qarşılaşmasında İtaliyanın “Milan” futbol komandası öz meydanında “Yuventus”u qəbul edib. Gərgin keçən mübarizə qolsuz bərabərliklə başa çatıb – 0:0.

İdman.Biz xəbər verir ki, oyunun 36-cı dəqiqəsində qonaqların yarımmüdafiəçisi Kepren Türam fərqlənsə də, VAR baxışından sonra onun qolu ofsayd səbəbindən ləğv edilib. Qarşılaşmanın qalan dəqiqələrində də tərəflər qapılara yol tapa bilməyiblər.

Bu nəticədən sonra “Milan” xallarının sayını 67-yə çatdıraraq turnir cədvəlində üçüncü pillədəki mövqeyini qoruyub. Aktivində 64 xalı olan “Yuventus” isə dördüncü yerdə qərarlaşıb. Turin təmsilçisi bu heç-heçə ilə çempionatdakı məğlubiyyətsizlik seriyasını səkkiz oyuna çatdırıb.

22:03

İtaliya A Seriyasında çempionluq uğrunda mübarizə aparan İtaliyanın “İnter” futbol komandası səfərdə “Torino”nun qonağı olub. 34-cü turun qarşılaşması 2-2 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, Kristian Kivunun yetirmələri oyuna üstün başlayıblar. Birinci hissənin ortalarında Markus Türam Federiko Dimarkonun ötürməsi ilə hesabı açıb. Matçın 61-ci dəqiqəsində Yann Bissekk fərqi iki topa çatdıranda hər kəs milanlıların asan qələbə qazanacağını düşünsə də, meydan sahibləri ruhdan düşməyiblər.

“Torino”nu məğlubiyyətdən Covanni Simeone və Nikola Vlaşiçin vurduğu qollar xilas edib.

Bu nəticədən sonra xallarının sayını 79-a çatdıran “İnter” liderliyini davam etdirir. Turin təmsilçisi isə 40 xalla 13-cü pillədə qərarlaşıb.

19:06

İtaliya A Seriyasında çempionluq uğrunda mübarizə aparan İtaliyanın “Komo” futbol komandası səfərdə “Cenoa”nın qonağı olub. Sesk Fabreqasın yetirmələri 34-cü turun qarşılaşmasında 2-0 hesablı qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, qonaqlar matça sürətli başlayaraq erkən qolla önə keçiblər. Lukaş Da Kunyanın ötürməsini Anastasios Duvikas qola çevirib. Oyunun 68-ci dəqiqəsində isə “Komo” üstünlüyünü ikiqat artırıb. Maksans Kakerenin ötürməsindən sonra Assane Diao rəqib qapısına yol tapıb.

Bu qələbədən sonra xallarının sayını 61-ə çatdıran “Komo” turnir cədvəlində beşinci pilləyə yüksəlib. Aktivində 39 xalı olan Genuya təmsilçisi isə 14-cü sırada qərarlaşıb.

16:33

İtaliya A Seriyasının 34-cü turunda "Fiorentina" öz meydanında "Sassuolo"nu qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.

Bu nəticədən sonra "Fiorentina" 37 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. "Sassuolo" isə 46 xalla 10-cu yerdədir.

Qeyd edək ki, "Fiorentina"nın A Seriyasında məğlubiyyətsiz oyunlar seriyası 7-yə çatıb. Növbəti turda "Fiorentina" səfərdə "Roma" ilə qarşılaşacaq, "Sassuolo" isə "Milan"ı qəbul edəcək.

İdman.Biz