İngiltərə kuboku: “Çelsi” finala bir qolla keçidi - VİDEO

26 Aprel 2026 20:15
162
İngiltərə kuboku: “Çelsi” finala bir qolla keçidi - VİDEO

İngiltərə kubokunun 1/2 final mərhələsi çərçivəsində “Çelsi” futbol komandası “Lids” ilə üz-üzə gəlib. “Uembli” stadionunda baş tutan qarşılaşmada London təmsilçisi 1-0 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, matçın taleyini həll edən yeganə qolu 23-cü dəqiqədə Enzo Fernandes rəqib qapısından keçirib.

Bu qələbə ilə finala yüksələn “Çelsi” mayın 16-da “Uembli” stadionunda “Mançester Siti” ilə qarşılaşacaq.

Qeyd edək ki, bu kuboku ən çox Londonun “Arsenal” futbol komandası qazanıb - “topçular” 14 dəfə bu titula sahib çıxıblar. İkinci pillədə “Mançester Yunayted” (13), üçüncü sırada isə hərəyə səkkiz qələbəsi olan “Liverpul”, “Tottenhem” və “Çelsi” qərarlaşıblar.

İdman.Biz