Alonsonun fikirlərini qəbul etməyən “Real Madrid” ulduzlarının adları açıqlanıb

Xəbərlər
13 Yanvar 2026 22:16
57
Alonsonun fikirlərini qəbul etməyən “Real Madrid” ulduzlarının adları açıqlanıb

“Real Madrid”in oyunçuları Vinisius Junior, Cud Bellingem və Federiko Valverde keçmiş baş məşqçi Xabi Alonsonun fikirləri ilə razılaşmayıblar.

İdman.Biz bu barədə ESPN-ə istinadən məlumat verir.

Mənbənin məlumatına əsasən, Bellingem ispan məşqçinin taktiki fikirlərini qəbul etməkdə tərəddüd edib; lakin Vinisiusdan fərqli olaraq, ingilis narazılığını açıq şəkildə bildirməyib. Həmçinin vurğulanır ki, “Real Madrid” rəhbərliyi Alonsonun braziliyalı hücumçuya münasibətindən, eləcə də komanda idarəetməsinin digər aspektlərindən narazı qalıb.

Alonso ötən yaydan bəri “Real Madrid”in baş məşqçisi vəzifəsində çalışırdı. Bazar ertəsi, 12 yanvar tarixində klub ispan məşqçi ilə tərəfdaşlığının bitdiyini elan etdi.

İdman.Biz