“Barselona”da ikiqat zədə: Balde və Kunde sıradan çıxdı

4 Mart 2026 12:19
77
“Barselona”da ikiqat zədə: Balde və Kunde sıradan çıxdı

İspaniyanın “Barselona” futbol komandasının heyətində ciddi zədə problemləri yaranıb. Komandanın iki əsas müdafiəçisi - Alexandro Balde və Jül Kunde zədələnib.

İdman.Biz xəbər verir ki, Baldenin bud-çanaq nahiyəsindəki vətərində qırıq aşkarlanıb. Futbolçunun ağrılarının olduğu və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Digər müdafiəçi Jül Kundedə də eyni nahiyədə problem qeydə alınıb. Lakin onun zədəsinin Balde ilə müqayisədə daha yüngül olduğu bildirilir. Hər iki futbolçunun bərpa müddəti ilə bağlı dəqiq məlumat tibbi müayinələrdən sonra bəlli olacaq.

İdman.Biz