Qismət Alıyev "Zirə"nin heyətində 200-cü oyununu keçirib

4 Mart 2026 12:25
82
Qismət Alıyev "Zirə"nin heyətində 200-cü oyununu keçirib

“Zirə”nin kapitanı Qismət Alıyev Bakı klubunun heyətində 200-cü oyununu keçirib.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab matçına (2:0) təsadüf edib.

Qəsəbə klubunun oyun sayında rekordçusu olan Q.Alıyev 2020/2021 mövsümündən çıxış etdiyi komandada 15 qol vurub. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 dəfə meydana çıxıb, çempionatda 13, avrokubokda 2 qola sevinib.

Qeyd edək ki, Qismət Alıyevin “Zirə”dəki debütü də “Sumqayıt”la matça təsadüf edib. O, 2020-ci il oktyabrın 18-də Premyer Liqanın səfər görüşündə (1:2) meydana çıxıb.

İdman.Biz