“Şamaxı”nın “Qarabağ”a qarşı neçə itki ilə mübarizə aparacağı bilindi

4 Mart 2026 13:14
104
“Şamaxı”nın “Qarabağ”a qarşı neçə itki ilə mübarizə aparacağı bilindi

Bu gün Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qarabağ”la cavab oyununa çıxacaq “Şamaxı”nın neçə itki ilə mübarizə aparacağı dəqiqləşib.

İdman.Biz xəbər verir ki, bu barədə “aslanlar”ın sözçüsü Yusif Hüseynli fanat.az-a bildirib.

“Cəzalı futbolçumuz yoxdur. Arsen Ağcabəyov zədə səbəbindən bu qarşılaşmada iştirak etməyəcək”.

Tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Görüşün start fiti saat 19:00-da səslənəcək.

Şamaxıda baş tutan ilk matçda Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 2:1 hesablı qələbə qazanıb.

İdman.Biz
Məqalədə: