Florentino Peresin yeni hədəfi: “Real”ın sükanı arxasına italiyalı mütəxəssis keçir

4 Mart 2026 14:47
102
Florentino Peresin yeni hədəfi: “Real”ın sükanı arxasına italiyalı mütəxəssis keçir

İspaniyanın “Real Madrid” futbol klubunun prezidenti Florentino Peres komandanın baş məşqçisi postuna təcrübəli mütəxəssis gətirmək niyyətindədir.

İdman.Biz xəbər verir ki, “Kral klubu”nun rəhbərliyi Massimiliano Alleqrini əsas hədəf olaraq müəyyənləşdirib.

Peresin italiyalı mütəxəssisi Madrid təmsilçisinin sükanı arxasında görmək istədiyi və bu transferi reallaşdırmaq üçün bütün imkanlarını səfərbər edəcəyi bildirilir.

İdman.Biz