“Qalatasaray”a UEFA-dan ağır cəza: Liverpul səfəri azarkeşsiz keçəcək

4 Mart 2026 16:21
97
“Qalatasaray”a UEFA-dan ağır cəza: Liverpul səfəri azarkeşsiz keçəcək

UEFA-nın Apellyasiya Komitəsi “Qalatasaray” futbol klubunun azarkeşləri ilə bağlı sərt qərar qəbul edib. Türkiyə təmsilçisinə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərədə “Liverpul”a qarşı keçiriləcək səfər oyununa bilet satışı qadağan edilib.

İdman.Biz xəbər verir ki, UEFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, klub həmçinin 40 min avro (79 min AZN) məbləğində cərimə olunub. Bu cəza fevralın 25-də Turində “Yuventus”a qarşı keçirilən cavab qarşılaşmasında (əlavə vaxtda 2:3) baş verən hadisələrlə bağlıdır. Həmin oyun zamanı “sarı-qırmızılı” tərəfdarlar meydana kənar əşyalar atıb, pirotexnikadan istifadə edib və iğtişaşlar törədiblər.

Qeyd edək ki, “Liverpul” və “Qalatasaray” arasında ilk oyun martın 10-da Türkiyədə, cavab matçı isə martın 18-də İngiltərədə keçiriləcək.

İdman.Biz