34 yaşlı hüçumçuya bir illik müqavilə

Xəbərlər
19 Dekabr 2023 18:54
204
34 yaşlı hüçumçuya bir illik müqavilə

“Bavariya” Tomas Müllerlə müqavilə müddətini artırıb.

İdman.biz xəbər verir ki, bu barədə Münhen klubundan açıqlama verilib.

Müllerin yeni razılaşması 2025-ci ilin yayınadək nəzərdə tutulub. Komanda ilə müqaviləsi mövsümün sonunda bitəcək forvard daha bir il “Bavariya”da çıxış etmək imkanı qazanıb. Klubun yetirməsi olan Tomas 12 dəfə Bundesliqa çempionu olub, iki dəfə Almaniya kubokunu baş üzərinə qaldırıb. O, Çempionlar Liqasının ikiqat qalibidir.

Qeyd edək ki, hazırki mövsümdə Müller 18 oyunda 2 qol və 5 ötürmə ilə yadda qalıb.

İdman.biz