Liqa 1: “Renn” səfərdə “Lill”ə qalib gəlib - YENİLƏNİB + VİDEO

Xəbərlər
4 Yanvar 2026 02:30
108
Liqa 1: “Renn” səfərdə “Lill”ə qalib gəlib

Fransa çempionatının 17-ci turunda “Renn” “Lill”i məğlub edib.

İdman.Biz xəbər verir ki, Lilldə keçirilən matç 2:0 hesabı ilə başa çatıb. Qolları Pşemıslav Frankovski (50) və Kventin Merlin (56) vurublar.

14-cü dəqiqədə “Lill”in müdafiəçisi Aleksandr Ribeyro qırmızı vərəqə alıb.

“Renn”in 30 xalı var və turnir cədvəlində altıncı yerdədir. “Lill” (32 xal) isə dördüncü yerdə qərarlaşıb.

00:09

Fransa Liqa 1-in 17-ci turunun “Nitsa” və “Strasburq” komandaları arasında keçirilən oyun başa çatıb. Komandalar Nitsadakı “Allianz Riviera” stadionunda oynayıblar. Oyun 1:1 hesablı heç-heçə ilə bitib.

“Strasburq”un hücumçusu Xoakin Paniçelli oyunun ilk qolunu 13-cü dəqiqədə vurub. “Nitsa”nın hücumçusu Elli Vai 54-cü dəqiqədə bərabərlik qolunu vuraraq matçın yekun hesabını müəyyənləşdirib.

Fransa liqasında 17 oyundan sonra “Strasburq”un 24 xalı var və turnir cədvəlində yeddinci yerdədir. “Nitsa”nın 18 xalı var və 13-cü yerdədir.

22:27

Fransa Liqa 1-in 17-ci turunun “Monako” və “Lion” komandaları arasında keçirilən oyun başa çatıb.

Oyun Monakodakı “Stade Louis II” stadionunda baş tutub. Qonaq komanda 3:1 hesabı ilə qalib gəlib.

“Lion”un yarımmüdafiəçisi Pavel Şults 38-ci dəqiqədə hesabı açıb. Birinci hissənin sonlarında, 45+4-cü dəqiqədə “Monako”nun yarımmüdafiəçisi Mamadu Kulibali hesabı bərabərləşdirib. İkinci hissədə, 57-ci dəqiqədə Pavel Şults ikinci qolunu vurub. Qonaq komandanın müdafiəçisi Abner 79-cu dəqiqədə komandasının üstünlüyünü artırıb.

Fransa liqasında 17 oyundan sonra “Monako” 23 xalla doqquzuncu yerdədir. “Lion” 30 xalla beşinci yerdədir.

İdman.Biz