Rafinya La Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçildi

3 Oktyabr 2026 20:36
68
Rafinya La Liqada ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçildi

“Barselona”nın hücumçusu Rafinya La Liqada sentyabr ayının ən yaxşı futbolçusu seçilib.

İdman.Biz xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçu daha əvvəl avqust ayının yekunlarına əsasən də bu mükafata layiq görülüb.

Rafinya ötən ay La Liqada dörd oyunda meydana çıxıb. O, həmin qarşılaşmalarda yeddi qol vurub və iki məhsuldar ötürmə edib. Hücumçu “Valensiya”ya qarşı matçda bir dəfə fərqlənib, “Rasinq” və “Sevilya” ilə görüşlərdə isə het-trikə imza atıb.

Səsvermədə Rafinya Kilian Mbappeni (“Real” Madrid), Conatan Devidi (“Atletiko” Madrid), Serxio Kamelonu (“Rayo Valyekano”) və Fera Ninonu (“Elçe”) qabaqlayıb.

İdman.Biz