Futbol üzrə Türkiyə Superliqasında 17-ci tur yekunlaşıb.
İdman.Biz xəbər verir ki, son oyun günündə iki oyun baş tutub.
İstanbulun “Başakşehir” klubu “Qaziantep”i 5:1 hesabı ilə darmadağın edib.
Digər oyunda isə “Trabzonspor” səfərdə “Gənclərbirliyi”nə məğlub olub - 3:4.
“Trabzonspor” 35 xalla üçüncü, “Başakşehir” 23 xalla yeddinci, eyni xala malik “Qaziantep” doqquzuncu, “Gənclərbirliyi” isə 18 xalla 11-ci pillədə qərarlaşıb.
