“Barselona”nın 37 yaşlı hücumçusu Robert Levandovski müqaviləsinin bu yay başa çatacağı Kataloniya klubunda daha bir il keçirmək istəyir.
İdman.Biz “Cadena Ser”ə istinadla xəbər verir ki, polşalı hücumçu müqaviləsini uzatmaq üçün maaşının azaldılmasına hazırdır.
Mənbənin məlumatına görə, “blauqrana” hazırkı şərtlərə əsasən Levandovskinin müqaviləsini yeniləməyəcək.
Əvvəllər 37 yaşlı futbolçunun “Barselona”dakı illik maaşının 33,3 milyon avro olduğu bildirilirdi.
Levandovski 2022-ci ilin yayından “blauqrana”da oynayır. Bu müddət ərzində hücumçu bütün yarışlarda 164 oyunda meydana çıxıb, 109 qol vurub və 22 məhsuldar ötürmə edib.
Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 9 milyon avrodur.
