“Kral evində” - Misir millisinin mətbuat xidməti Salahın idman zalından çəkilmiş şəklini paylaşıb - FOTO

Xəbərlər
18 Dekabr 2025 00:59
46
“Kral evində” - Misir millisinin mətbuat xidməti Salahın idman zalından çəkilmiş şəklini paylaşıb

Misir milli komandasının mətbuat xidməti “Liverpul”un və milli komandanın hücumçusu Məhəmməd Salahın idman zalından çəkilmiş şəklini paylaşıb.

İdman.Biz bildiri ki, oyunçu Afrika Millətlər Kuboku üçün milli komandanın təlim-məşq toplanışına gəlib.

Misir milli komandasının mətbuat xidməti X sosial media platformasında Salahın şəklini “Kral evində” kimi şərh edib.

“Liverpul”un baş məşqçisi Arne Slot əvvəllər klubu və komandadakı rolunu tənqid edən müsahibəsinə görə Salahı heyətdən kənarlaşdırmışdı. Misirli oyunçu kənarlaşdırıldığı zaman idman zalından da şəkil paylaşmışdı. Misir Afrika Millətlər Kubokunda B qrupunda Cənubi Afrika, Anqola və Zimbabve ilə oynayacaq.

İdman.Biz