Konfrans Liqasını Unai Emeri qazanacaq?

17 Dekabr 2023 12:29
262
Konfrans Liqasını Unai Emeri qazanacaq?

Dünya futbol klublarının reytinqini müəyyənləşdirən “Euro Club İndeks” Konfrans Liqasını qazanmağa ən real namizədləri açıqlayıb.

İdman.biz xəbər verir ki, çempionun Unai Emerinin baş məşqçisi olduğu “Aston Villa” olacağı proqnozlaşdırılır.

Onların şansı 100-də 25 faiz dəyərləndirilir. “Lill” və “Betis”də isə faiz 11 kimi göstərilir.

Onları 9 faizlə “Fənərbağça” və “Fiorentina” izləyir.

İdman.biz