İrlandiya millisinin qapıçısı İsrailə qarşı oynamaqdan imtina edib

26 Sentyabr 2026 23:05
62
İrlandiya millisinin qapıçısı İsrailə qarşı oynamaqdan imtina edib

İrlandiya millisinin futbolçuları UEFA Millətlər Liqasının İsrailə qarşı keçiriləcək oyununu boykot etməmək qərarına gəliblər.

İdman.Biz “The Irish Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında İrlandiya Futbol Assosiasiyasının baş direktoru Devid Kurell məlumat verib. İsrail - İrlandiya matçı sentyabrın 27-də Macarıstanın “Nadyerdei” stadionunda keçiriləcək.

“Son saat yarım ərzində oyunçuların matçın keçirilməsi ilə bağlı mövqeyini öyrənmək üçün komanda daxilində səsvermə keçirdik və böyük əksəriyyət bunun lehinə səs verdi. Buna əsasən, assosiasiya İrlandiya futbolu adından matçın əvvəlcədən planlaşdırıldığı kimi keçirilməsi barədə qərar qəbul etdi”, – deyə Kurell bildirib.

Məlumata görə, yalnız İrlandiya millisinin qapıçısı Qevin Bazunu qarşılaşmada iştirak etməkdən imtina edib.

Həmçinin bildirilir ki, irlandiyalı futbolçular münaqişə qurbanlarının xatirəsini yad etmək üçün meydana qara sarğılarla çıxacaqlar. Qarşılaşmadan əvvəl isə komandalar arasında ənənəvi forma dəyişdirmək və görüşmək mərasimləri keçirilməyəcək.

İdman.Biz