“Arsenal”ın köməkçi məşqçisi Migel Molina baş məşqçi Mikel Artetanın ən böyük üstünlüyü hesab etdiyi keyfiyyəti açıqlayıb.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Molina ispaniyalı mütəxəssisin ətrafındakı hər kəsin ən yaxşı tərəflərini üzə çıxarmaq bacarığını xüsusi qeyd edib.
“Ona məxsus ən yaxşı keyfiyyət ətrafındakı insanların – həm futbolçuların, həm də heyətin ən yaxşı tərəflərini üzə çıxarmağa qadir olmasıdır. Çünki nəticə etibarilə onun özü gərgin əməyin və bu işdəki keyfiyyətin ən böyük nümunəsidir”, – deyə Molina bildirib.
