“Bavariya” 80 milyonluq müdafiəçini gündəmdə saxlayır

26 Sentyabr 2026 22:04
55
“Bavariya” 80 milyonluq müdafiəçini gündəmdə saxlayır

“Bavariya” 24 yaşlı mərkəz müdafiəçisi Tomas Arauxonun transferini hazırda prioritet hesab etməsə də, “Benfika”nın futbolçusunu izləməyə davam edir.

İdman.Biz xəbər verir ki, “Bayern Insider” podkastında yayımlanan məlumata əsasən, Arauxo Almaniya çempionunun transfer siyahısında yer alır. “Bild”in futbol şöbəsinin rəhbəri Kristian Falk da müdafiəçinin “Bavariya” ilə bağlı transfer müzakirələrində olduğunu bildirib.

Arauxonun “Benfika” ilə müqaviləsi 2031-ci ilə qədərdir. Müqavilədə 80 milyon avroluq təzminat bəndi yer alır.

“Bavariya”nın yalnız Hiroki İto və ya Kim Min-Cenin komandadan ayrılacağı halda Arauxo üçün konkret addım atacağı bildirilir.

Məlumata görə, “Bavariya” ideal ssenaridə İtonu artıq yanvarda satmaq niyyətindədir. Kimin gələcəyi isə qeyri-müəyyən olaraq qalır. Cənubi koreyalı müdafiəçi ya satıla, ya da onunla yeni müqavilə imzalana bilər. Bu isə Arauxonun transferinə yol aça bilər.

İdman.Biz