“Aston Villa”, “Milan” və “Tottenhem” “Bavariya”nın müdafiəçisini izləməyə davam edir

26 Sentyabr 2026 22:28
73
“Aston Villa”, “Milan” və “Tottenhem” “Bavariya”nın müdafiəçisini izləməyə davam edir

“Bavariya”nın futbolçusu Kim Min Ce bir neçə klubun diqqət mərkəzindədir.

İdman.Biz “Bild”ə istinadən xəbər verir ki, “Aston Villa”, “Milan” və “Tottenhem” koreyalı futbolçu ilə maraqlanır.

Kimin gələcəyi ilə bağlı müzakirələr başlasa, ilk növbədə “Bavariya” ilə əlaqə saxlanılacaq. Almaniya klubu futbolçuya yeni müqavilə təklif edə və ya transferdən gəlir əldə etmək üçün onun satışını nəzərdən keçirə bilər.

“Digər klubların Kim-i məhz bu səbəbdən radarında saxlayır”, – deyə məlumatda bildirilib.

Hər üç klub yayda Kim barədə “Bavariya”ya sorğu göndərib, lakin rəsmi təklif irəli sürməyib.

Müdafiəçinin gələcəyi ilin sonlarında “Bavariya” ilə aparılacaq müqavilə danışıqlarından asılı olacaq.

İdman.Biz