Erik Qarsiya isinmə zamanı zədələndi – İngiltərə ilə oyunu buraxıb

26 Sentyabr 2026 22:55
56
Erik Qarsiya isinmə zamanı zədələndi – İngiltərə ilə oyunu buraxıb

Erik Qarsiya Millətlər Liqasında İngiltərəyə qarşı keçiriləcək oyun öncəsi zədələndiyi üçün İspaniya millisinin start heyətindən çıxarılıb.

İdman.Biz xəbər verir ki, “Barselona”nın müdafiəçisi isinmə hərəkətləri zamanı sol dizində narahatlıq hiss edib. Onun yerinə start heyətində Mark Pubil meydana çıxıb.

İspaniya millisinin açıqlamasında bildirilib: “Start heyətində dəyişiklik. Sol dizindəki narahatlıq səbəbindən Erik Qarsiyanın yerini Mark Pubil tutacaq”.

Qarsiyanın zədəsinin ciddi olmadığı və bu dəyişikliklə bağlı qərarın ehtiyat tədbiri xarakteri daşıdığı gözlənilir.

İdman.Biz