“Real Madrid”in mətbuat xidməti, üçüncü divizion klubu “Talavera de la Reyna” ilə keçiriləcək Kral Kubokunun 1/16 final matçından əvvəl müdafiəçi Raul Asensionun heyətdə olmadığını açıqlayıb.
İdman.Biz bildirir ki, bu mövsüm oyunçu Madrid klubunda bütün yarışlarda 16 oyunda iştirak edib və qol vurmayıb.
“Raul Asensio qızdırma səbəbindən bu gün “Talavera de la Reyna” ilə keçiriləcək Kral Kuboku matçında heyətə daxil edilməyib”, - mətbuat xidməti “Real Madrid”in rəsmi saytında dərc olunmuş açıqlamada bildirib.
