Almaniya milli komandasının baş məşqçisi Yulian Nagelsmann FIFA-nın 2025-ci ilin ən yaxşı məşqçisi mükafatına səsvermədə öz seçimini edib.
İdman.Biz-in məlumatına görə, alman mütəxəssis hesab edir ki, “Arsenal”ın baş məşqçisi Mikel Arteta bu mükafata ən layiqli şəxsdir. “Çelsi”dən Entso Mareska ikinci olub, “Liverpul”dan isə Arne Slot ilk üçlüyü tamamlayıb.
Mükafata “Pari Sen-Jermen” klubunun baş məşqçisi Luis Enrike layiq görülüb. Ötən mövsüm ispaniyalı mütəxəssisin rəhbərliyi altında PSJ Çempionlar Liqasını, Fransa liqasını, Fransa Kubokunu və Fransa Superkubokunu qazanıb. Fransa nəhəngi həmçinin Klublararası Dünya Kubokunun finalına vəsiqə qazanıb və UEFA Super Kubokunu da qazanıb.
