“Mançester Siti” 6 oyunun 5-də xal itirib - VİDEO

Xəbərlər
16 Dekabr 2023 22:23
181
“Mançester Siti” 6 oyunun 5-də xal itirib - VİDEO

İngiltərə Premyer Liqasının 17-c turuna start verilib.

İdman.biz saytı xəbər verir ki, çempion öz meydanında qələbə qazana bilməyib.

“Mançester Siti” öz meydanında iki vacib xal itirib. Pep Qvardiolanın yetirmələri 2:0 hesablı üstünlüyü qoruya bilməyiblər. “Kristal Pelas” 90+5-ci dəqiqədə penaltidən fərqlənib. “Şəhərlilər” son 6 oyunda 5-ci dəfə xal itkisi yaşayıblar.

“Çelsi” turu qələbə başa vurub. “Zadəganlar” öz meydanında “Şeffild Yunayted”ə 2:0 hesabı ilə qalib gəliblər.

“Bornmut” – “Luton” (1:1) oyunu qonaq komandanın futbolçusu huşunu itirdiyindən yarımçıq dayandırılıb.

İngiltərə Premyer Liqası
17-ci tur

Bornmut – Luton – 1:1, oyun yarımçıq dayandırılıb
Çelsi – Şeffild Yunayted – 2:0
Mançester Siti – Kristal Pelas – 2:2
Nyukasl – Fulhem – 3:0

İdman.biz