Liqa 1: “Renn”, PSJ və “Mets”dən qalibiyyət - YENİLƏNİB + VİDEO

Xəbərlər
14 Dekabr 2025 02:33
53
Liqa 1: “Renn”, PSJ və “Mets”dən qalibiyyət - YENİLƏNİB + VİDEO

Fransa çempionatının 16-cı turunda “Tuluza” səfərdə “Paris”i 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, qonaqlardan Yann Qbu (37, 69) iki, Santyaqo İdalqo (29) isə bir qol vurub.

Turun digər oyununda “Renn” “Brest”ə qalib gəlib.

00:25

“Liqa 1”in 16-cı turunun “Mets” və PSJ arasında keçirilən oyunu başa çatıb.

İdman.Biz bildirir ki, komandalar “Stad Saint-Symphorien”də (Mets) oynayıblar.

Qonaq komanda 3:2 hesablı qələbə qazanıb.

PSJ-nin hücumçusu Qonsalo Ramos oyunun ilk qolunu 31-ci dəqiqədə vurub. 39-cu dəqiqədə Kventin Njantu qonaqların üstünlüyünü ikiqat artırıb. İlk hissənin sonlarında “Mets”in yarımmüdafiəçisi Jessi Demenge fərqi azaldıb. 63-cü dəqiqədə hücumçu Dezire Due “Mets”in qapısına üçüncü qolu vurub. Meydan sahiblərinin gürcü yarımmüdafiəçisi Giorgi Tsitaişvili 81-ci dəqiqədə komandasının ikinci qolunu vurub – 2:2.

Fransa yüksək liqasında oynanılan 16 oyundan sonra PSJ 36 xalla turnir cədvəlinə başçılıq edir. “Mets” 11 xal qazanıb və 18-ci yerdədir.

Növbəti turda “Mets” 4 yanvarda səfərdə “Loryan”la qarşılaşacaq, PSJ isə həmin gün “Paris”i qəbul edəcək.

İdman.Biz