“Anderlext”in və Belçika milli komandasının keçmiş müdafiəçisi Qlen De Buk beyin qanaması səbəbindən vəfat edib.
İdman.Biz bildirir ki, keçmiş futbolçu 54 yaşında dünyasını dəyişib.
RMC Sport-un məlumatına görə, o, bazar ertəsi gecəsi Antverpendə vəfat edib.
Ailəsinin sözlərinə görə, o, evdə olarkən ağır beyin qanaması keçirib, bundan sonra dərin komaya düşüb və daha sonra huşunu itirmədən ölüb.
Qlen De Buk karyerası ərzində Belçika milli komandasında 36 oyunda meydana çıxıb və bir qol vurub. Peşəkar futboldan ayrıldıqdan sonra De Buk məşqçi olub. Onun son klubu “Kortrijk” olub
