Avropada oynayan millimizin üzvü Türkiyə klubuna keçə bilər

Xəbərlər
7 Dekabr 2025 14:55
56
Avropada oynayan millimizin üzvü Türkiyə klubuna keçə bilər

Azərbaycan millisinin üzvü Zamiq Əliyev “Eqnatiya”dan ayrıla bilər.

İdman.Biz xəbər verir ki, hazırda “Eqnatiya”nın formasını geyinən müdafiəçinin Türkiyəyə yollanmaq ehtimalı yüksəkdir. Bu barədə sportal.az saytı yazıb.

Birinci liqa təmsilçisi olan “Boluspor” Əliyevi icarəyə götürməyi planlaşdırır.

Bolu təmsilçisi mövsümün əvvəlində də onunla maraqlanıb, lakin “Eqnatiya” buna razılıq verməyib.

24 yaşlı futbolçun Albaniya çempionu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

İdman.Biz

Məqalədə: