Rafinya və Fermin Lopez dubl edərək Kataloniya təmsilçisinin böyükhesablı qələbəsində əsas rol oynayıblar
İspaniyanın “Barselona” futbol komandası La Liqanın ikinci turunda səfərdə “Elçe”ni 5:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, “Manuel Martines Valero” stadionunda keçirilən görüşdə hesab 14-cü dəqiqədə açılıb. Rafinya penaltini dəqiq yerinə yetirib.
İlk hissənin əlavə vaxtında Karim Adeyemi fərqi iki topa çatdırıb. Rafinya 67-ci dəqiqədə ikinci qolunu vuraraq dublunu rəsmiləşdirib.
“Barselona”nın növbəti iki qolunun müəllifi Fermin Lopez olub. Yarımmüdafiəçi 71-ci və 79-cu dəqiqələrdə fərqlənərək yekun hesabı müəyyənləşdirib - 5:0.
Qeyd edək ki, “Barselona”nın birinci turda “Atletik”lə keçirilməli olan görüşü avqustun 27-nə təxirə salınıb. “Elçe” isə mövsümün ilk matçında “Deportivo” ilə 1:1 hesablı heç-heçə edib.
Növbəti turda “Barselona” avqustun 31-də “Rayo Valyekano” ilə, “Elçe” isə avqustun 28-də “Rasinq”lə qarşılaşacaq.
23:53
İspaniyanın “Xetafe” futbol komandası La Liqanın 2026/27 mövsümündə ilk qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, “Xetafe” öz meydanında “Rasinq”i 1:0 hesabı ilə məğlub edib.
Qarşılaşmada uzun müddət hesab açılmayıb. 77-ci dəqiqədə qonaqlar üstünlük qazanmaq imkanı əldə etsələr də, Andres Martin penaltidən yararlana bilməyib.
Bundan dörd dəqiqə sonra “Xetafe” qələbə qolunu vurub. Enes Ünal 81-ci dəqiqədə fərqlənərək komandasına üç xal qazandırıb.
Bu nəticədən sonra “Xetafe”nin aktivində üç xal olub. “Rasinq” isə bir xalda qalıb.
21:23
İspaniyanın “Atletiko” futbol komandası La Liqanın ikinci turunda “Vilyarreal”la 2:2 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, “Civitas Metropolitano” stadionunda keçirilən görüşdə hesab 59-cu dəqiqədə açılıb. “Atletiko”nun müdafiəçisi Mark Pubill komandasını önə keçirib.
“Vilyarreal” 65-ci dəqiqədə hesabı bərabərləşdirib. Jerar Moreno penaltini dəqiq yerinə yetirib. 76-cı dəqiqədə “Atletiko”nun müdafiəçisi Roben Le Norman qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bundan iki dəqiqə sonra Jorj Mikautadze penaltidən fərqlənərək qonaqları hesabda önə çıxarıb. “Atletiko” 86-cı dəqiqədə Culiano Simeonenin qolu ilə məğlubiyyətdən xilas olub - 2:2.
Madrid klubunun hücumçusu Xulian Alvares 67-ci dəqiqədə meydana daxil olub.
“Atletiko” növbəti turda avqustun 29-da səfərdə “Sevilya” ilə qarşılaşacaq. “Vilyarreal” isə avqustun 28-də “Alaves”i qəbul edəcək.
