“Əl-Hilal” Uotkins transferində israrlıdır

24 Avqust 2026 07:15
110
“Əl-Hilal” Uotkins transferində israrlıdır

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu “Aston Villa”nın hücumçusu Olli Uotkinsi transfer etmək niyyətindən əl çəkməyib.

İdman.Biz xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir. “Əl-Hilal”ın futbolçu üçün etdiyi ən azı bir təklif İngiltərə klubu tərəfindən rədd edilib.

İlk təklifin təxminən 45 milyon avro (97,3 milyon AZN) olduğu bildirilir.

30 yaşlı Uotkinsin özünün Səudiyyə Ərəbistanına köçməyə müsbət yanaşdığı qeyd olunur. Baş məşqçi Unai Emeri isə son matçda futbolçunun heyətdə olmamasının səbəbi barədə suallara konkret cavab verməyərək jurnalistlərə “ondan soruşun” deyib.

“Aston Villa” hücumçunu satmaq istəmir, lakin münasib təklif və əvəzedici futbolçu tapılacağı halda mövqeyini dəyişə bilər.

İdman.Biz