“Barselona” Bakı Olimpiya Stadionunda məşqə çıxdı - VİDEO

24 Noyabr 2026 20:21
29
“Barselona” Bakı Olimpiya Stadionunda məşqə çıxdı

İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçirəcəyi qarşılaşmanın hazırlıq prosesini Bakıda davam etdirib.

İdman.Biz xəbər verir ki, Hans-Diter Flikin rəhbərlik etdiyi komanda matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda məşqə çıxıb.

Kataloniya təmsilçisinin oyunöncəsi hazırlığının ilk 15 dəqiqəsini media nümayəndələri izləyiblər. İsinmə hərəkətləri ilə məşqə başlayan futbolçular daha sonra müxtəlif çalışmalar yerinə yetiriblər.

Xatırladaq ki, noyabrın 25-də keçiriləcək “Sabah” - “Barselona” görüşü saat 21:45-də başlayacaq.

İdman.Biz