Flik “Sabah”ın oyun üslubundan və Yamalın Bakıya gətirilməməsindən danışdı

24 Noyabr 2026 19:51
57
Flik “Sabah”ın oyun üslubundan və Yamalın Bakıya gətirilməməsindən danışdı

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik “Sabah”la qarşılaşma öncəsi rəqibin oyun üslubunu dəyərləndirib.

İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək matçdan əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib.

“Sabah” baxımlı futbol oynamağı sevən komandadır. Onların özünəməxsus oyun üslubu var. Maraqlı qarşılaşma olacaq. Bura Çempionlar Liqasıdır və bütün rəqiblərimizə hörmətlə yanaşırıq”, - deyə Flik qeyd edib.

Baş məşqçi Lamin Yamalın Bakı səfərinə qatılmamasına da münasibət bildirib:

“Əvvəllər də Yamalsız oynamışıq. Onunla bağlı hər şey qaydasındadır. İspaniyada qalmasına qərar verdik”.

Mütəxəssis "Barselona" üçün bu oyunun vacib olduğunu vurğulayıb:

"Biz "Barselona" olaraq bu cür oyunların nə qədər vacib olduğunu anlayırlq. "Sabah"la matçda üç xal qazanmaq istəyirik. Onlar tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edirlər. "Sabah" üçün "Barselona" və "Mançester Yunayted" kimi komandalarla qarşılaşmaq zövqlüdür. Bu, onlar üçün xüsusi hadisədir. Əlbəttə, rəqib komandanın hər bir futbolçusu sabahkı oyuna 100 faiz motivasiya ilə çıxacaq. Lakin biz də eyni düşüncə tərzi ilə meydana çıxmalıyıq".

Onun sözlərinə görə, "Sabah" nece futbol oynamalı olduğunu bilən komandadır:

"Sabah" La Liqada çıxış etsə ən yaxşı komandalardan biri olardı. Məşqçilərlə birgə bu komandanl təhlil etmişik. Düşünürəm ki, rəqib komanda topla yaxşı oyun sərgiləyir. İspaniyada futbol fəlsəfəsi çox yaxşıdır. Hər bir komanda necə futbol oynamalı olduğunu bilir. "Sabah" də belə komandalardandır"

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

İdman.Biz