Frenki de Yonq “Sabah”ın oyun üslubunu dəyərləndirdi: “Yaxşı futbol oynayan komandadır”

24 Noyabr 2026 19:38
44
Frenki de Yonq “Sabah”ın oyun üslubunu dəyərləndirdi: “Yaxşı futbol oynayan komandadır”

İspaniyanın “Barselona” klubunun niderlandlı futbolçusu Frenki de Yonq “Sabah”ın oyun üslubu barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində Bakıda keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan çempionunun üstün cəhətlərindən danışıb.

“Rəqibi təhlil edərkən düşünürəm ki, “Sabah” adətən müdafiədən hücuma çıxmağa çalışan, hücumları arxadan quraraq oynayan və kifayət qədər yaxşı futbol sərgiləyən komandadır. Biz isə həmişə olduğu kimi, qələbə qazanmaq üçün yaxşı oyun nümayiş etdirməliyik”, - deyə Frenki de Yonq vurğulayıb.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” - “Barselona” qarşılaşması saat 21:45-də başlayacaq.

İdman.Biz