İngiltərənin “Tottenhem” futbol klubu “Mançester Siti”nin hücumçusu Omar Marmuşun transferini tamamlamağa yaxındır.
İdman.Biz xəbər verir ki, tərəflər 27 yaşlı futbolçunun keçidi ilə bağlı şifahi razılığa gəliblər. Razılaşmaya əsasən, Marmuş əvvəlcə icarə əsasında “Tottenhem”ə qoşulacaq. Müəyyən şərtlər yerinə yetiriləcəyi halda transferin məcburi alınma maddəsi qüvvəyə minəcək.
Bu halda London təmsilçisi “Mançester Siti”yə 50 milyon funt sterlinq (97 milyon AZN) ödəyəcək.
Marmuşun “Tottenhem”in təklifini bir neçə gün əvvəl qəbul etdiyi və bu gün tibbi müayinədən keçəcəyi bildirilir.
