FIFA prezidenti Canni İnfantino 15 yaşadək futbolçular arasında yeni dünya çempionatının təşkil olunacağını təsdiqləyib.
İdman.Biz xəbər verir ki, turnir FIFA-ya üzv olan 211 federasiyanın hamısı üçün açıq olacaq və ilk yarışın artıq 2026-cı ildə keçirilməsi planlaşdırılır.
İnfantino FIFA-nın yaydığı videoda layihəni 4000-dən çox uşağın birlikdə futbol oynayacağı “gənclik bayramı” kimi xarakterizə edib.
Layihə daha əvvəl müzakirə olunsa da, həyata keçirilməsi sual altında idi. FIFA prezidentinin son açıqlaması ilə yarışın təşkilinə hazırlığın davam etdiyi təsdiqlənib.
