PSJ “Renn”i darmadağın edib, “Tuluza” minimal hesabla qalib gəlib - VİDEO

Xəbərlər
7 Dekabr 2025 02:23
37
PSJ “Renn”i darmadağın edib, “Tuluza” minimal hesabla qalib gəlib - VİDEO

Fransa Liqa 1 mövsümünün 15-ci turunda PSJ və “Renn” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç Parisdəki “Park de Prens” stadionunda baş tutub.

Qarşılaşmadan ev sahibi komanda 5:0 hesabı ilə qalib ayrılıb.

Hesabı 28-ci dəqiqədə Xviça Kvaratsxeliya açıb. PSJ-nin yarımmüdafiəçisi Senni Mayulu 39-cu dəqiqədə komandasının ikinci qolunu vurub. Xviça Kvaratsxeliya 67-ci dəqiqədə oyunda öününü ikinci qoluna imza atıb. Parislilərin hücumçusu İbrahim Mbaye 88-ci dəqiqədə fərqlənib, Qonsalo Ramos isə 90+1-ci dəqiqədə hesabı 5:0 edib.

15 oyundan sonra PSJ Liqa 1-də 33 xalla ikinci, “Renn” isə 24 xalla beşinci yerdədir.

Turun digər oyununda “Tuluza” “Strasburq”u qəbul edib. Qarşılaşma 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

İdman.Biz