İspaniya La Liqasının 15-ci turunun “Atletik Bilbao” və “Atletiko Madrid” komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz xəbər verir ki, komandalar İspaniyanın Bilbao şəhərindəki "San Mamés Barria" stadionunda oynayıblar.
Meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar.
Oyunun yeganə qolunu 85-ci dəqiqədə Aleks Berenger vurub.
İspaniya Primerasında 15 oyundan sonra “Atletiko Madrid” 31 xalla turnir cədvəlində dördüncü yerdədir. “Atletik Bilbao” 23 xalla yeddinci yerdə qərarlaşıb.
